A

azedu.az

“Əvvəllər ən yüksək maaşlar universitetlərdə idi. İndi isə şirkətlərin təklif etdikləri yüksək maaşlar peşəkar kadrları universitetlərdən uzaqlaşdırır…”

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

“Universitetlərdə ən qabiliyyətli insanlar çalışır, amma aldıqları məvacib onları təmin edirmi? Bu sual doğrurur. Çünki bəzi şirkətlər elə yüksək maaş təklif edir ki, uzun müddət yetişdirdiyimiz gənclər o şirkətlərə üz tutur. Bu gənclərin elmə cəlb edilməsi üçün addımlar atılmalıdır. Bu aspektdən UNEC-in bir çoxu məzunu işə götürülüb. İqtisad universiteti bildirir ki, əgər iş adamı məzunumuzun əmək bazarına yararsız sübut edərək onu işə götürmürsə, universitet məzunun bütün xərclərini üzərinə götürərək onu yenidən hazırlamağa razıdır”.   

Bu yaxınlarda Rusiyada təşkil olunmuş “Universitet təhsilinin arxitekturası” adlı tədbirdə universitet-sənaye əməkdaşlığı çərçivəsində Rusiyanın təcrübəsinə toxunuldu. Rusiyada şirkət rəhbərləri universitetlərin inkişafına böyük vəsait ayırırlar. Mən istəyərdim ki, biz də bu cür fond yarada bilək. Məzunlarımız institutun inkişafına dəstək olsunlar. Bəzən məzunlarımızla fəxr edirik bəs, onlar həmin universitetdən məzun olduqları üçün fəxr edirlərmi? Ali məktəblər uğurlu məzunları ilə fəxr edir, onların şəkillərini xüsusi lövhələrdə asır, bəs, o uğurlu insanlar universitetin inkişafı üçün nələrsə edibmi?

Sankt-Peterburq Dövlət İqtisad Universitetindən soruşdum ki, “siz uğurlu, tanınmış məzunlarınızın şəkillərini universitetin divarlarından asmısınız. Onların universitet üçün  etdikləri işlər barədə danışa bilərsinizmi? Bildirdilər ki, məzunların universitetin inkişafında böyük xidmətləri olub. Kitabxanaya ən zəngin, bahalı kitabların alınmasına, tələbələrə xüsusi təqaüdlərin verilməsinə məhz onlar kömək ediblər”.

Universitetin şirkətlərlə bu cür əlaqələr qurması çox təqdirəlayiq hərəkətdir. Biz də bunu etməliyik. Tələbələrlə əlaqələrimiz məzun olduqdan sonra kəsilməməlidir. Onlar gənc kadrların yetişməsində bilavasitə iştirak etməlidirlər. Bu prosesə məzunlar özləri də maraqlı olmalıdırlar. Bununla bağlı müvafiq addımların atılması zəruridir”.

“Ali təhsil müəssisələri dünyanım yeni çağırışlarına cavab verməlidir”,-deyə iqtisad elmləri doktoru vurğulayıb:

 “Universitetlər tələbələri istehsalat təcrübəsinə göndərirlər. Onlar təcrübə müddətindən yüksək ballarla buraxılırlar, ancaq işlə təmin olunmaq məsələsinə gəlincə işəgötürənlər məzunun yetərli bacarıqlara sahib olmadığını vurğulayırlar. Bu zaman isə sual ortaya çıxır. “Bəs, təcrübə zamanı heç bir problem yox idisə, indi nədir məsələ?” Ona görə də biz deyirik ki, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi üçün bərabər müzakirələr edilməlidir.  “Universitet təhsilinin arxitenturası” tədbirində məhz bu məsələlər müzakirə edildi.

Mən hesab edirəm ki, bu sahədə Azərbaycanda ən güclü Dövlət Məşğulluq Agentliyidir. Agentliyin böyük tədqiqatları var, hansı ki, hansı məzunların hansı şirkətlərdə çalışdığını görmək olur. Düşünürəm ki, agentliklə bərabər universitetlərarası forumun keçirilməsinin vaxtıdır. Biz artıq müəyyən etməliyik ki, gələcəkdə hansı kadrlara ehtiyac olacaq, hansılara yox. Bu gün elə adicə kitabxanaların özləri əvvəlki formatında qalmayıblar. Artıq digital kitabxana, bankçılıq, elektron biznes yaranıb. Dünya çox tez-tez dəyişir və dünyanın dəyişdiyi tələblərə uyğun universitet olaraq uyğunlaşmalıyıq. Ali təhsil müəssisələri çağırışlara ən birinci cavab verən qurum olmalıdır”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay