A

UNEC Dizayn Məktəbində “Su ehtiyatlarının qorunması və səmərəli istifadə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi əhalinin içməli su ilə təminatı, su ehtiyatlarından səmərəli istifadə və bu sahədə ekoloji problemlərin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi olub.

UNEC Dizayn Məktəbinin baş müəllimi Gülçöhrə Salehzadə su ehtiyatlarının qorunması, çirklənmənin qarşısının alınması, bu sahədə dövlət qurumları, qeyri-hökumət təşkilatları və əhali arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. O, su ehtiyatlarının idarə olunmasında ictimaiyyətin fəal iştirakının və maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını qeyd edib.

Sonra UNEC Dizayn Məktəbinin müəllimi Nərminə Namazova su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən tədbirlərdən, bu sahədə ekoloji mədəniyyətin formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay