A

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində UNEC Biznes və menecment fakültəsinin və Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti müzakirə keçirilib.

Tədbiri UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov açaraq Ümummilli Lider Heydər Əliyevin uzun illər Azərbaycanda həyata keçirdiyi məqsədyönümlü fəaliyyət və onun layiqli davamçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti haqqında məlumat verib.

Sonra Kitabxana İnformasiya Mərkəzinin direktoru  Adilə Abdullayeva Ulu öndərin dediyi kimi müəllim adından uca bir ad tanımıram sözləri ilə başlayaraq məlumat verib ki, UNEC-i digər universitetlərlə müqayisə edəndə kitab oxumaq baxımından tələbələrimizin həmişə yaxşı mənada fərqləndiyini diqqətə çatdırıb.

Tədbirdə Biznes və logistika kafedrasının dosenti Niyazi Həsənov Azərbaycan xalqının Ümumilli Lider Heydər Əliyevin gənclər siyasəti haqqında maarifləndirmə məqsədilə tələbələr qarşısında çıxış edib.

Sonda tələbələri maraqlandıran suallar ətrafında müzakirələr keçirilib.

TOP XƏBƏRLƏR