A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan seminar keçirilib.

SABAH Mərkəzinin müəllimi Şəbnəm Həsənova Xocalı soyqırımı ilə bağlı keçirilmiş seminarda ötən əsrdə Azərbaycanın dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qaldığını vurğulayaraq, onların Xocalıda törətdikləri vəhşiliklərdən söz açıb.

Ş.Həsənova həmin vaxt erməni faşistləri tərəfindən günahsız insanların, uşaqların, qocaların, o cümlədən anasının qətlə yetirildiyini, bir çox ailənin isə tamamilə məhv edildiyini bildirib. Xocalı ilə yanaşı, işğal dövründə soyqırıma məruz qalmış digər ərazilərimizdə ermənilərin törətdikləri kütləvi qırğınların dünyaya çatdırılması və cinayətkarların cəzalandırılması istiqamətində təbliğat işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay