Bakı Fond Birjasının (BFB) H.Z.Tağıyev adına Təqaüd Proqramının qalibləri mükafatlandırılıb.
Proqram çərçivəsində ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ümumilikdə 16 tələbəsi CFA Level I imtahanına hazırlıq məqsədilə təqaüdlə təltif olunub. Qürurverici haldır ki, təqaüd qazanan 16 qalibdən 11 nəfəri UNEC tələbəsidir.
Mükafatlar Bakı Fond Birjasının İdarə Heyətinin üzvləri tərəfindən təqdim edilib. Təqaüd proqramı BFB-nin CFA Institute ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir və Azərbaycanın kapital bazarları üçün beynəlxalq səviyyədə tanınan, etik prinsiplərə sadiq insan kapitalının formalaşdırılmasını hədəfləyir.
Qaliblər akademik göstəriciləri, motivasiyaları və kapital bazarlarında karyera qurmaq öhdəlikləri əsasında keçirilmiş rəqabətli seçim prosesi nəticəsində müəyyən ediliblər. Qalib tələbələrimizi təqdim edirik:
- Polad Atayev
- Ürfan Paşayev
- Ramil Orucov
- Rəvan Mammadov
- Xanım Şükürova
- Hüseyn İsayev
- Şövqi İsayev
- Vəzir Qasımov
- Vüqar Mirzəyev
- İsa Heydərov
- Nigar Əhmədova