UNEC tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, PAŞA Holdinqin sponsorluğu ilə keçirilən “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olublar.
Müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi təqaüd proqramında ən çox qalib məhz UNEC-in payına düşür. Belə ki, 50 nəfər UNEC tələbəsi 100 faiz təqaüd qazanaraq proqramın qalibi olub.
Təqaüd proqramı çərçivəsində UNEC tələbələri Kibertəhlükəsizlik, Kompüter Elmləri, Tam spektrli veb proqramlaşdırma (Full-Stack) və Maşın Öyrənməsi üzrə ixtisaslaşmış proqramlarda təhsil alacaqlar. İştirakçılar müasir İT bilik və bacarıqlarına yiyələnərək, praktikaya əsaslanan tədris modeli vasitəsilə real layihələr üzərində işləmək imkanı əldə edəcəklər.
“Holberton School Azerbaijan”ın təqaüd proqramı ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı, qlobal rəqabətə davamlı kadrların hazırlanmasına xidmət edir.
Qalib tələbələrimizi təqdim edirik: Aynur Dünyamalıyeva, Aydın Akqubayev, Aysel Ağayeva, Nihat Yolçuyev, Elvin Məmmədzadə, Zeynəb Mirzəzadə, Toğrul Allahverdiyev, Röya Məhərrəmli, Yalçın Mehdiyev, Kənan Musayev, Fərid Meybullayev, Ayxan Əmirov, Əli Umarov, Yusif Əlizadə, Nigar Mustafayeva, Cavanşir Şeyxov, Leyla Əliyeva, Nazlı Nemətova, Elcan Cəfərov, Şəhanə Heydərli, Elmar Cabbarov, Yaxşı Sarıyeva, Hüseyn Alparslan, Nəzrin Bayramova, Cavidan Əsgərov, Zeynəb Paşazadə, Əmrah Kərimov, Aysu Mustafazadə, Aysel Məmmədova, İsmayıl Abbaslı, Fidan Bağırova, Məhəmməd Məmmədov, Telman Hacıbutayev, Amir Əsədli, Elmir Məmmədov, İslam Qasımov, Zəhra Mənsurova, Hüseyn Abdullayev, Leyla Yusifova, İdrak Atakişili, Ülvi Şahmalıyev, Səlim Hacıyev, Elmin Cəfərli, Hüseynəli Mehdiyev, Cavid Həsənzadə, İbad Vahidov, Nəzrin Bağırova, Nicat Məsməliyev, Səkinəxanım Paşazadə və Cəlal Əhmədli.