A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktoru Sevinc Əhmədova çıxış edərək, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, təbiətin və yaşıllığın qorunmasının vacibliyi haqqında söhbət açıb.

Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin baş məsləhətçisi Mətanət Avazova tədbirdə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Sonda tələbələrin iqlim dəyişikliyi ilə bağlı sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR