A

Yaşıl marketinq getdikcə daha çox əhəmiyyət kəsb edən və ekoloji cəhətdən təh­lü­kə­siz davranışları özündə ehtiva edən bir strategiyaya çevrilməkdədir.  Son illərdə ekoloji ma­a­rif­lənmə sürətlə artmaqdadır. Bir çox müəssisələr həm ətraf mühitə qarşı həssaslıqlarını sübut etmək, həm də istehlakçılarının bu yöndəki tələblərini qarşılamaq məqsədilə  ekoloji cəhətdən təmiz istehsal texnologiyalarından istifadə etməkdədirlər.

Bu gün marketoloqların qarşılaşdıqları mühüm problemlərdən biri də istehlakçıların ekoloji təmiz məhsullara tələbatının artması səbəbindən məhsul çeşidlərini yenidən təhlil etmək və bu istiqamətdə lazımi dəyişiklikləri etməkdir. Bu məqsədlə marketinq araşdır­ma­ları aparılmalı, yeni marketinq strategiyaları hazırlanmalı və istehlakçıları şirkətin məhsulla­rı­nın ekoloji cəhətdən təmiz xüsusiyyətləri barədə məlumatlandırmalı və inandırılmalıdırlar.

Bir çox müasir böyük təşkilatlar ətraf mühitin qorunması məsələlərində sosial məsuliyyət nümayiş etdirirlər. Bu da ətraf mühit siyasətinin müxtəlif aspektlərini sistemləşdirməyə və müasir eko - marketinq sistemi məsələlərini aktuallaşdırır.

Yaşıl marketinq – alıcıları ekoloji təmiz məhsullarla təmin etməyə çalışan pərakəndə ticarətçilər və onların təchizatçıları üçün bir qanundur. Yaşıl pərakəndə ticarət həm önəmli fürsətlər, həm də gəlir vəd edir.

Müasir pərakəndə satıcılar getdikcə ekoloji cəhətdən dayanıqlı təcrübələri daha geniş tət­biq edirlər. Pərakəndə satıcılar  məhsul çeşidlərini də yaşıllaşdırırlar. Bir çox pərakəndə sa­tıcılar istehlakçıların daha ekoloji məsuliyyətli qərarlar qəbul etməsinə kömək edən proq­ramları reallaşdırırlar.

Yaşıl Marketinqdə tətbiq olunan beş strategiyanı qeyd etmək istərdim:

Yaşıl Məhsul Strategiyası. Canlılara zərər verməyən, torpağı qoruyan, çirkləndir­mə­yən, daha az təbii resurslar istehlak edən, təkrar emal edilə bilən məhsullar kimi müəyyən edilir. Təəssüf ki, malların tam ekoloji təmizliyindən danışmaq, yəni istehlakçıya və ətraf mühitə hər hansı bir mənfi təsirin olmaması yalnız müstəsna hallarda mümkündür.

Yaşıl Qiymət Strategiyası. Ekoloji cəhətdən təmiz məhsulları inkişaf etdirmək üçün edi­lən investisiyalar məhsulun maya dəyərinə təsir edir və satış qiymətini artırır. Ekoloji cə­hətdən təmiz məhsullara qoyulan investisiyaların dəyərini qiymətdə əks olunması müm­kün ola bilər.

Yaşıl təşviq strategiyaları – ətraf mühitlə dost reklam strategiyasını,  İctimaiyyətlə Əlaqələr (PR) və sponsorluq, satışın inkişaf etdirilməsini nəzərdə tutur.

Yaşıl paylama fəaliyyətləri – yaşıl fiziki paylama sifarişlərinin qəbulu və onların yerinə yetirilməsi, ehtiyatın idarə edilməsi və s. kimi mərhələlərdən ibarətdir:

Yaşıl etiketləmə – məhsulun müəyyən aspekti haqqında məlumatı özündə ehtiva edir. Bunları vasitəsilə istehlakçılar aldıqları məhsulların ətraf mühitə təsiri haqqında məlumatlar  ala bilər.

Sonda qeyd etmək istərdim ki, davamlı marketinq yalnız bir tendensiya deyil. İsteh­lak­­­çılar davamlı məhsul və xidmətlər tələb etməyə davam etdikcə, davamlı marketinqə sa­diq qalan şirkətlər uzun müddətdə inkişaf edəcəklər. Ətraf mühit və sosial aspektləri stra­te­gi­yalarına inteqrasiya edərək, müəssisələr planetə müsbət təsir göstərə bilər, eyni zamanda ar­tan marka sədaqətindən, rəqabət üstünlüklərindən və uzunmüddətli gəlirlilikdən fayda­lana bilərlər.

Bahar Paşayeva,

Azərbaycan Dövlət İqtisad Universiteti, Biznes və

Menecment fakültəsinin

904 saylı qrup tələbəsi

TOP XƏBƏRLƏR