UNEC Biznes Məktəbində (MBA) 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş maarifləndirici dərslər keçirilib.
Dərslərə başlamazdan öncə müəllimlər tələbələrə Milli Dirçəliş Gününün tarixi, mahiyyəti və Azərbaycan üçün əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Çıxışlarda qeyd olunub ki, Dirçəliş Günü xalqımızın milli özünüdərk, birlik və azadlıq ideyalarının gücləndiyi mühüm tarixi mərhələdir. Tələbələr bayramın ideya məzmunu, ölkənin müasir tarixində oynadığı rol və cəmiyyət üçün əhəmiyyəti barədə geniş məlumatlandırılıb.