A

UNEC Dizayn Məktəbində yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə “Reproduktiv sağlamlıq və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin katibi Aytən Ağayeva reproduktiv sağlamlığın yalnız reproduktiv sistem və onun funksiyaları, baş verən dəyişiklik prosesləri ilə əlaqəli bütün məsələlərdə xəstəliklərin olmaması deyil, insanın tam fiziki, əqli və sosial rifah halı, reproduktiv sağlamlığın azad seçim olmaqla insanın- nəsil artırmaq qabiliyyəti olduğu haqda tələbələrə məlumat verib.

3 saylı tələbə poliklinikasının terapevti Tamella Abdullayeva və həkim-laborantı Telli Qulamova çıxış edərək bildiriblər ki, reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji və sosial rifahının məcmusudur. Qeyd ediblər ki, reproduktiv sağlamlıq cinsi tərbiyəni, bu sahədə sağlamlığın qorunmasını və xəstəliklərdən müdafiə olunmaq üçün zəruri biliklərə yiyələnməni özündə ehtiva edir.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay