A

Azərbaycan Dövlət İqtisad Universitetində  (UNEC) Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olan xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub.

Tədbiri Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova açaraq, Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər və onun Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında ətraflı məlumat verib. S.Qəndilova qeyd edib ki, Bəxtiyar Vahabzadə həm klassik poeziya ənənələrinə, həm də müasir milli şüura xidmət edən əsərləri ilə ədəbiyyatımızın simvollarından birinə çevrilib.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2025-ci ildə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur. UNEC-də keçirilən bu tədbir də həmin yubiley münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı dosent Səriyyə Gündoğdu, Bakı Dövlət Universitetinin dosenti Etibar Talıblı, UNEC-in “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyeva, UNEC-in dosenti Bayraməli Qurbanov çıxış edərək, böyük şair haqqında xatirələrini bölüşüblər, onun zəngin və çoxşaxəli ədəbi irsindən söz açıblar.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin Bədii Qiraət Dərnəyinin tələbələri şairin poeziyasından seçilmiş nümunələri səsləndirib, onun sözlərinə yazılmış mahnıları ifa ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay