A

UNEC-in Rus İqtisad Məktəbində tələbələrin hüquqi savadlılığını artırmaq və korrupsiyaya qarşı mübarizədə fəal mövqe formalaşdırmaq məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova çıxış edərək korrupsiyanın hüquqi aspektləri, cəmiyyətə təsiri və yaratdığı sosial fəsadlar barədə ətraflı məlumat verib.

Mühazirə zamanı qeyd olunub ki, korrupsiyaya qarşı effektiv mübarizə yalnız cəza mexanizmləri və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə hər bir vətəndaşın məsuliyyəti, şəffaf davranışı və ictimai nəzarət mexanizmlərinə dəstək göstərməsi mühüm rol oynayır.

Tədbirin sonunda korrupsiya ilə bağlı müraciətlərin qəbul edildiyi qaynar xətt nömrəsi və elektron ünvan tələbələrin diqqətinə təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay