A

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Müasir inklüziv təhsil, yeni yanaşmalar və tətbiq modelləri” mövzusunda təhsil işçiləri üçün maarifləndirici görüş keçirilib.

Görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, Gənclərin Psixoloji Dəstəyi layihəsinin təsisçisi, psixoloq-təlimçi Leyla Salmanlı, eləcə də Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Ağstafa RİH başçısı çıxışında inklüziv təhsilin strateji əhəmiyyətini vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin hər bir uşağın bərabər təhsil imkanlarına malik olması, sağlam və firavan böyüməsi ilə bağlı müəyyənləşdirdiyi dövlət siyasətinin bu gün də ardıcıl şəkildə həyata keçirildiyini bildirib.

Tədbirdə Sevinc Məhsimova UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti, eləcə də Mərkəzin təşəbbüsü və Gənclərin Psixoloji Dəstəyi layihəsinin dəstəyi ilə icra olunan UNEC-HELPS proqramı barədə təqdimatla çıxış edib. O, regionlarda inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi, UNEC modelinin tətbiqi və layihə çərçivəsində görülən işlər haqqında məlumat verib.

Psixoloq Leyla Salmanlı isə əlilliyin yaranma səbəbləri, uşaqlarda inkişaf problemləri və onların həlli yolları, həmçinin gənclərin psixoloji ehtiyacları barədə zəruri bilgiləri tədbir iştirakçılarına çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay