A

19-21 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Atakent Expo təhsil sərgisində UNEC-in nümayəndə heyəti universiteti uğurla təmsil edir.

Sərgidə UNEC-in təmsilçiliyi Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsinin böyük mütəxəssisi Rəsul Yusibov və “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti, i.e.n. Mehriban Səmədovaya həvalə olunub.

Sərginin ilk günündən etibarən UNEC-in stendi məktəblilər, tələbələr və təhsil ictimaiyyətinin xüsusi marağına səbəb olub. Ziyarətçilərə universitetin geniş akademik proqramları, beynəlxalq mübadilə imkanları, ikili diplom layihələri və xarici tərəfdaşlıq şəbəkəsi barədə ətraflı məlumat təqdim edilir.

UNEC-in Times Higher Education və QS World University Rankings kimi nüfuzlu beynəlxalq reytinqlərdə dünyanın top 1000 universiteti sırasında yer alması, eləcə də THE reytinqində ölkənin lider ali təhsil müəssisəsi olması sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilir. Bu nailiyyətlər UNEC-in regionun aparıcı universitetlərindən biri olduğunu təsdiqləyir.

Sərgi çərçivəsində UNEC nümayəndələri digər universitetlər və təhsil təşkilatları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüşlər keçirirlər. Bu görüşlər tələbə və müəllim mübadiləsi, birgə layihələr və elmi əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır.

UNEC-in Atakent Expo-da iştirakı universitetin beynəlxalq nüfuzunun güclənməsinə, tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və qlobal təhsil mühitində mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay