A

Hər bir sosial rifah cəmiyyətinin qurulmasında yaşıl idarəetmənin rolu böyük və danılmazdır. Çünki, ekoloji tarazlıq, ekoloji vəziyyət sosial rifaha birbaşa təsir edən əsas faktorlardandır. Sosial rifahın bəşəriyyətdə təmin olunmasından ötrü ətraf mühitin davamlılığı gərəkdir.

Amma, təəssüf ki, bu gün dünyada baş verən ekoloji böhranlar, ozon qatının dəliyinin dağılması, su hövzələrinin quruması, su hövzələrində yaşayan canlıların ölməsi, yaşıl örtüyün, məşə və ağacların sürətlə qırılması, karbon qazının artması həm yaşıl idarəetməyə, həm də insanların sosial və ekoloji rifahına mənfi təsir göstərən amillərdəndir. Yaşıl iqtisadiyyat həmçinin, innovasiyalara da təsir edir. Ölkəmizdə dayanıqlı inkişafın baş verməsindən ötrü yaşıl iqtisadiyyatın statistik qiymətləndirilməsi vacib nüanslardandır. Həmçinin, yaşıl idarəetmə birbaşa olaraq, təhsil, insan kapitalı və inklüzivliklədə bağlıdır.

Ölkəmizdə yaşıl iqtisadiyyat məsələsi əsas prioritetlərdəndir. Buna istinadən Cənab Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” adlandırmışdır. Yaşıl iqtisadiyyatın özəyində regional idarəetmə dayanır. Yaşıl iqtidadiyyat və idarəetmə ekoloji davamlılıqdan asılıdır. Ətraf mühit dayanıqlığı, rəqabətli iqtisadiyyata imkan yaradır. Eyni zamanda, yaşıl inkişaf yaşıl iqtisadiyyata transformasiya olunur. Buna görə dünyada və ölkəmizdə əsas məqsəd ekoloji dayanıqlığı əldə etmək, qorumaqdır. Ekoloji dayanıqlığı əldə etmək üçün bərpa olunan enerji, külək, su, günəş, yaşıl hidrogen enerjilərindən istifadə olunur. Buna istinadən, 2024-cü il 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək COP29-un əsas məqsədlərindən biridir ki, yaşıl dünya naminə həmrəy olaq. Əsas hədəfimiz və fəaliyyət çərçivəmiz yaşıl enerjini artırmaq, qlobal istiləşməni 1,5 C səviyyəsində saxlamaq hər birimizin mənəvi borcu və sosial rifah cəmiyyəti üçün əsas prioritetlərdəndir. COP29-un Azərbaycanda keçirilməsi ölkədə növbəti dəfə böyük etimadın ifadəsidir. COP29 ölkəmizdə bir çox sahələrin dinamik inkişafına zəmin yaradacaq. O cümlədən, elm, təhsil, incəsənət, mədəniyyət, turizm və digər əlaqədar sahələrin inkişafına müsbət təsir göstərəcək. Bu bir növ iqlim dəyişiklikləri ilə mübarizədə yeni əsrin başlanğıcıdır. COP29 ilə ölkəmizdə Azərbaycan enerji sektorunun yaşıl enerji səhifəsi açılacaq və COP29-un Azərbaycanın iqlim hədəflərinin gözlənilən müsbət təsirini artıracaq. Bir növ yaşıl enerjiyə yaşıl işıq verəcək. Bu səbəbdən COP29-un önəmi və gözləntiləri dünya və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Biz “yaşıl dünyamızı” yaradıb, qorumalıyıq. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanı “yaşıl artım” ölkəsinə çevirəcək. Beləliklə, ölkəmizdə və dünyada iqtisadi fəaliyyətin ətraf mühitə mənfi təsiri azalacaq və iqtisadi artımın deyil, bir növ sosial rifah və inkişafın davamlılığı ön plana çıxacaq.

Yaşıl iqtisadiyyat və idarəetmənin əsas məqsədi insan rifahı və sosial ədaləti təmin etməkdir. Yaşıl idarəetmə üçün BMT-nin DİM-lərinə ehtiyyac var. Yaşıl iqtisadiyyat və idarəetmə nəticəsində DİM-ləri iqtisadi qərarlarla sintezdə həyata keçirilir və ekoloji prinsiplərə riayət olunur. Cəmiyyətdə hər bir bəşər övladının gələcək nəsillər qarşısında daşıdığı sosial rifah cəmiyyətinin yaradılması və qorunması üçün sosial məsuliyyəti var. Bu sosial məsuliyyətə “yaşıl davranış”, “yaşıl həyat”, “yaşıl təfəkkür” aiddir.

 Xatirə Talıbzadə,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Sosial iş” ixtisası üzrə təhsilin IV ili, 126 saylı qrup tələbəsi 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay