A

UNEC Karyera mərkəzi və Rəqəmsal iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “CS50x Azerbaijan” layihəsinin təqdimatı keçirilib.

“Coders Azerbaijan”ın icraçı direktoru Riyad Ağazadə “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələrə rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında məlumat verib. Sonra isə proqram meneceri Fatima Koroğluyeva “CS50x Azerbaijan” layihəsini təqdim edib və sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, CS50x layihəsi proqramlaşdırma sahəsinə həvəsi olan və yeni başlayan tələbələr üçün Harvard Universitetinin professoru David J. Malan tərəfindən yaradılıb. “CS50x Azerbaijan” layihəsi çərçivəsində bu proqram Coders Azerbaijan tərəfindən universitet tələbələrinə ödənişsiz tədris olunacaq. Proqram fevral ayından start götürəcək və interaktiv metodlarla 12 həftə ərzində tədris olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay