A

İyunun 1-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində 2015-2016-cı tədirs ili üzrə yaz semestrinin imtahan sessiyalarına start verilib.

“UNEC İctimai Nəzarət Şurası” üzvləri gün ərzində universitetin bütün tədris binalarında imtahan prosesinə nəzarət edib.UNEC-in əsas binasında keçirilən ilk imtahanda Maliyyə və mühasibat fakültəsinin Azərbaycan və rus bölməsi üzrə 150-ə yaxın tələbəsi biliyini sınayıb. 1-ci və 4-cü kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 4 nəzarətçi, 1 tyutor və 1 dekan müavini nəzarət edib. Tələbələrin işini asanlaşdırmaq məqsədilə imtahan sualları öncədən universitetin saytında yerləşdirilib. İmtahan zamanı tələbələr əlavə olaraq qələm və ağ kağızla təmin edilib.Universitetin digər korpusunda təşkil edilən imtahanda isə 220 tələbə iştirak edib. İmtahanın gedişini hər qrup üzrə 3 nəzarətçi və dekanlar izləyib.İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.İctimai Şura üzvləri eyni zamanda 146-1-3 qaynar xəttinə daxil olan müraciətlərə baxıblar.İmtahanı izləyən “UNEC İctimai Nəzarət Şurası”nin üzvü, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyevin sözlərinə görə, imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub. Bildirib ki, tələbələrlə söhbətdə də bunun şahidi olduq. Tətbiq olunan imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir. UNEC rəhbərliyi tələbə, müəllim və valideynlərin Şura ilə əlaqələrini yüksək səviyyədə qurub. Monitorinq və qaynar xəttə daxil olan müraciətlər əsasında imtahanların gedişatına gündəlik qiymət veriləcək.Gündəlik monitorinqin nəticələri barədə KİV-lərə məlumat verəiləcək.“Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, imtahan tam şəşşaf keçirib və proses zamanı neqativ hallara rast gəlinməyib: “İmtahan zamanı Şüra üzvlərinin tələbələrlə rahat ünsiyyət qurmasına şərait yaradılıb”.Şüra üzvləri həmçinin universitetin nəzdində fəaliyyət göstərən Maliiyə İqtisad kolleçində keçiriləcək imtahanlara da nəzarə edəcək.UNEC-də imtahan sessiyası iyul ayının 4-də yekunlaşacaq.Qeyd edək ki, UNEC-də təşkil edilən 2015-2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına nəzarəti Şura həyata keçirir. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq, nəticələri qiymətləndirirlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay