A

UNEC nəzdində Maliyyə-İqtisad, Qida Sənayesi və Sosial-İqtisadi kolleclərin Rəqəmsal UNEC sisteminə inteqrasiyası istiqamətində qarşıda duran məsələləri müzakirə etmək məqsədilə görüş keçirilib.

Görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov, Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva, Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov, eləcə də universitetin müvafiq struktur rəhbərləri iştirak ediblər.

UNEC İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov kolleclərdə təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Müzakirələr zamanı kolleclərdə elektron jurnalların tətbiqi, elektron tribunaların quraşdırılması, dərs cədvəllərinin və imtahan prosesinin EDUMAN sisteminə inteqrasiyası, eləcə də yaz imtahan sessiyasının yeni qaydalarla keçirilməsi qərara alınıb.

Rektor Ədalət Muradov vurğulayıb ki, kolleclərdə təhsilin rəqəmsallaşdırılması tədris və qiymətləndirmə prosesinin daha şəffaf, çevik və hesabatlı şəkildə həyata keçirilməsinə imkan verəcək. Həmçinin Rəqəmsal UNEC modelinin kolleclərdə tətbiqi vahid təhsil məkanının formalaşmasına, tədris və idarəetmə proseslərində səmərəliliyin və innovativ yanaşmaların artmasında mühüm rol oynayacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay