UNEC Dizayn Məktəbində 16 oktyabrdan etibarən 6 həftə davam edəcək intensiv təlim proqramına start verilib.
Təlimlər Dizayn Məktəbinin müəllimləri Arzu Xəlilova, Aytən Yusifkənan, Lidiya Safronova, Pərvin Namazova və UNEC-də Layihə Yönümlü Tədrisin koordinatoru Sənubər Səfiyeva tərəfindən aparılır.
Qeyd edək ki, təlimləri keçirən müəllimlər 2-5 avqust tarixlərində İngiltərənin Lester şəhərində yerləşən De Monfort Universitetində Layihə Əsaslı Öyrənmə (PBL) ilə bağlı təlimlərdə iştirak ediblər. Onlar bu müddət ərzində dizayn sahəsində qlobal təcrübə ilə yaxından tanış olmuş, müasir tədris metodologiyaları və innovativ yanaşmalar üzrə bilik və bacarıqlarını artırıblar.
Keçirilən təlimlərin məqsədi əldə olunan biliklərin digər müəllimlərə ötürülməsi və layihə yönümlü tədris modelinin daha da genişləndirilməsidir. Bu istiqamətdə aparılan işlər nəticəsində 2025-2026-cı tədris ilinin fevral ayından etibarən layihə əsaslı tədris bütün fənlər üzrə tətbiq olunacaq.