A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rəqəmsallaşdırma istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində daha bir yeniliyə imza atılıb.

Belə ki, 2024–2025-ci tədris ilinin yay semestri üzrə fənn seçimi və qeydiyyat prosesi ilk dəfə olaraq yeni hazırlanmış FTP modulu vasitəsilə sınaq şəklində həyata keçirilib.

UNEC-də 2014-cü ildən başlayaraq tətbiq olunan rəqəmsallaşdırma strategiyasının əsas məqsədi tədris və idarəetmə proseslərinin tam elektronlaşdırılması, səmərəliliyin artırılması və istifadəçilər üçün daha əlçatan xidmətlərin yaradılmasıdır. Bu istiqamətdə FTP modulunun tətbiqi növbəti mühüm addım hesab olunur.

Yeni modul tələbələrə fənn seçimlərini onlayn şəkildə aparmaq, qeydiyyat prosesini isə daha şəffaf və operativ formada tamamlamaq imkanı yaradır. Yay semestrinin sınaq mərhələsində sistem üzərindən ümumilikdə 1104 tələbə qeydiyyatdan keçib. Bu mərhələ zamanı sistemin funksionallığı və texniki göstəriciləri ətraflı şəkildə test edilib, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb.

Aparılan təkmilləşdirmələr nəticəsində FTP modulu növbəti mərhələyə tam tətbiqə hazır vəziyyətə gətirilib. Beləliklə, 2025–2026-cı tədris ilinin yay semestrindən etibarən tələbələrin qeydiyyat prosesi artıq FTP modulunun əsas interfeysi üzərindən tam şəkildə həyata keçiriləcək.

Bu yenilik qeydiyyat prosesini daha səmərəli, sürətli və kağız daşıyıcılardan asılı olmayan formada təşkil etməyə imkan verəcək və UNEC-in rəqəmsallaşma strategiyasına töhfə vermiş olacaq.

TOP XƏBƏRLƏR