A

“Həftənin kitabı” bu buraxılışında “Kriptobalyutalar dövrü. Bitkoin və blokçeyn dünya iqtisadiyyatı düzənini necə dəyişir” kitabını təqdim edir. 

Kitabın müəllifləri “The Wall Street Journal” jurnalının iqtisadiyyat və rəqəmsal media sahəsində aparıcı şərhçisi Pol Vinya (Paul Vigna) və “Streambed Media” media texnologiyaları şirkətinin həmtəsisçisi və İdarə Heyətinin sədri, kriptovalyuta, blokçeyn və qlobal maliyyə sisteminin transformasiyası mövzularını işıqlandıran aparıcı media platforması “CoinDesk” platformasının kontent üzrə direktoru kimi fəaliyyət göstərən iqtisadi şərhçi-jurnalist, 5 kitab müəllifi Maykl Keysidir (Michael J. Casey).

Kitabda bitkoinin ödəniş vasitəsi kimi ətrafında yaranmış qorxular və şayiələrdən danışılır. Buna görə də kitab oxucular üçün artıq başlanmış yeni iqtisadi reallığa hazır olmağa çağırışdır.

Onlar kitabda bitkoinin tarixindən bəhs edir və kriptovalyutaların müasir dünyadakı rolunu təhlil edirlər: bu texnologiyalar necə meydana gəlib və haradan qaynaqlanır, hansı funksiyaları yerinə yetirirlər və kiberekonomika dünyasına hazır olmaq üçün nələri bilməlisiniz.

Kriptovalyuta texnologiyasının əsas mahiyyəti ondan ibarətdir ki, o, vasitəçiyə olan ehtiyacı aradan qaldıraraq, yad insanlar arasında biznes münasibətlərini mümkün edən bir infrastruktur yaradır. Bu da, öz növbəsində, mühüm qeydiyyat funksiyasının mərkəzləşdirilmiş maliyyə qurumlarından muxtar şəbəkələrə ötürülməsi ilə həyata keçirilir. Bir sözlə, kitab "ətraflı və əlçatan kriptovalyuta araşdırması" hesab edilir.

Oxucu-istifadəçilər “Kriptobalyutalar dövrü. Bitkoin və blokçeyn dünya iqtisadiyyatı düzənini necə dəyişir” kitabının 2018-ci ildə “Манн, Иванов и Фербер” Nəşriyyatında çapdan çıxan 2-ci nəşri ilə UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər. Qeyd edək ki, kitabın bu nəşri 432 səhifədir. Kitab A.Forkun elmi redaktəsi ilə, originaldan rus dilinə E.Kondukova tərəfindən çevrilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay