A

UNEC Journal of Economics and Management Advances (UNEC JEMA) 2026-cı il iyun ayı üçün rəyli, elmi-praktik jurnal olaraq iqtisadiyyat və menecment sahələrində nəzəri və tətbiqi səviyyədə orijinal tədqiqat məqalələrini, ən son elmi baxışları və qısa elmi kommunikasiyaları qəbul edir.

Mövzu sahələri:

  • İqtisadiyyat
  • Ekonometriya və Statistika
  • Maliyyə
  • Menecment

Bu xüsusi buraxılış UNEC-in elmdəki mövqeyini əks etdirən innovativ tədqiqatları təqdim etməyi hədəfləyir.

Əsas tarixlər:

Məqalə qəbulu üçün son tarix: 10 Aprel, 2026 

Nəşr dövriliyi: İldə iki dəfə (yarımillik)

Məqalələr üçün tələblər:

  • Məqalələr yalnız ingilis dilində və Microsoft Word formatında qəbul olunur;
  • Maksimum uzunluq: 30 səhifə (haşiyə və istinadlar istisna olmaqla);
  • Əsas bölmələr:
  • Başlıq səhifəsi;
  • Strukturlu xülasə (150–300 söz): giriş, əsas hissə, nəticə;
  • Açar sözlər: 4-6 söz;
  • Cədvəl və şəkillər: mətndə yerləşdirilmiş və nömrələnmiş;
  • Aydın nəticələr bölməsi;
  • İstifadə olunan ixtisarların siyahısı.

Qəbul meyarları:

Məqalə orijinal və başqa yerdə dərc olunmamış olmalıdır. Ən azı 70% istinadlar son 5 ilə aid olmalı və yalnız ingilis dilində olmalıdır. Bütün müəlliflər ORCID ID-lərini təqdim etməlidir: https://orcid.org/register

Müəlliflərin e-poçt ünvanları və ORCID-ləri təqdim edilməlidir.

Əlaqələndirici müəllifin tam əlaqə məlumatları qeyd olunmalıdır.

Ətraflı məlumat üçün jurnalın səhifəsinə keçid edə bilərsiniz: https://journals.unec.edu.az/jema/about

Məqalələrin göndərilməsi üçün e-poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

TOP XƏBƏRLƏR