A

UNEC-də 2022/2023-cü tədris ilinin payız semestri üzrə tədrisi nəzərdə tutulan “Sabit gəlirli qiymətli kağızlar və törəmə maliyyə alətləri”, ”Sahibkarlıq maliyyəsi və vençur kapitalı”, “İrihəcmli məlumatlar (Big Data)”, “Çoxölçülü statistik təhlil”, “Rəqəmsal iqtisadiyyat”, “Rəqəmsal marketinq”, “Rəqəmsal cinayətkarlıq”, “Süni intellekt”, “Zərərverici proqram təminatı və bərpa mühəndisliyi”, “Rəqəmsal elektronika və proqramlaşdırılan inteqral sxemlər”, “Davamlı və inklyüziv inkişafın idarə edilməsi”, “Ekoloji monitorinq” və s. fənlərlə yanaşı, 60-a yaxın yeni fənn tədris olunacaq.

Yeni fənlərin tədrisinin keyfiyyətli təşkilini təmin etmək məqsədilə mayın 20-dən Türkiyə Respublikasının Marmara, Hacettepe, İstanbul, Yıldız Teknik, Qazi, Ankara, Uludağ, Artvin Çoruh Universitetləri tərəfindən dəvət edilmiş təlimçilər tərəfindən müvafiq fənlər üzrə hazırlanmış təlim proqramlarına start veriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay