A

UNEC-də Keyfiyyət Təminatı şöbəsi tərəfindən ixtisasların beynəlxalq akkreditasiyası istiqamətində işlər davam etməkdədir.

Bu dəfəki görüş bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların beynəlxalq akkreditasiyası məqsədilə Almaniyanın ENQA-ya üzv 9 akkreditasiya agentliyindən biri olan Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) Beynəlxalq İnkişaf üzrə Direktor müavini Ronny Heintze və Beynəlxalq əlaqələr üzrə menecer Patrick Heinzer ilə təşkil olunub.

Görüşdə ixtisasların akkreditasiyası zamanı xarici ekspert qruplarının fəaliyyəti üçün ixtisasların optimal klasterlərinin yaradılması istiqamətində AQAS nümayəndələri ilə müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay