UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru h.f.d. Davud Davudovun müraciətini nəzərə alaraq, kollecdə elmin və tədrisin keyfiyyətli təşkilinə dəstək məqsədilə zəruri ehtiyac olan 24 adda 182 nüsxə dərslik, dərs vəsaiti və digər nəşrlər Azərbaycan Maliyyə-İqtisad Kollecinə hədiyyə edilib.
Kollecin direktoru h.f.d Davud Davudov kollec təhsilinin inkişafını daimi diqqətdə saxladığına görə UNEC-in nümunəvi olduğunu qeyd edərək, göstərilən dəstəyə görə təşəkkür edib və kollecə təqdim edilən kitabların təhsilalanlar tərəfindən geniş istifadə ediləcəyinə inamını bildirib.