A

UNEC kollektivi tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq kafedra müdiri, Əməkdar elm xadimi, "Şöhrət" ordenli Əbülfəz Qasımovun anım günündə alimin məzarını ziyarət edib.

UNEC rektoru professor Ədalət Muradov və universitetin prorektorları Əbülfəz Qasımovun məzarı önünə əklil qoyaraq, alimin əziz xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, “Əbülfəz Bərəkət” imzası ilə tanınan alimin böyük zəhməti sayəsində ötən əsrin 80-ci illərinin əvvəllərində Ağdamda “Çörək muzeyi” yaradılmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi”, “Əməkdar təbliğatçı” fəxri adlarına layiq görülmüş, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay