UNEC-də KOBİA-nın təşkilatçılığı ilə DIGISHIP layihəsi çərçivəsində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “Dayanıqlı Sahibkarlıq üçün Aİ-nin Biznes Siyasətləri” fənninin tədrisi müddətində təlim keçirilib.
Təlimin spikeri regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri, iqtisadçı-ekspert Eldəniz Əmirov olub. E.Əmirov iştirakçılara KOBİA haqqında, onun fəaliyyət mexanizmləri və strukturlar üzrə iş bölgüsü, eləcə də sahibkarlarla göstərilən xidmətlər haqqında ətraflı məlumat verib.
Sonda tələbələrin KOBİA və sahibkarlığın təşviqi ilə bağlı sualları qonaq spiker tərəfindən cavablandırılıb.