A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə dekabrın 16-da keçirilmiş “Müasir dövrün trendləri: Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” mövzusunda İqtisadiyyat və sosial elmlər sahəsində tədqiqatçıların I Beynəlxalq elmi konfransında fəal iştirak etmiş əməkdaşlar UNEC rektorunun əmri ilə “Fəxri fərman” və “Təşəkkürnamə”lərə layiq görülüblər.

Əməkdaşların mükafatlandırılması mərasimində çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov beynəlxalq konfransın əhəmiyyətindən danışaraq, tədbirin yüksək səviyyədə təşkili üçün fakültənin dekanı dosent Elçin Eyvazova və əməkdaşlara təşəkkürünü bildirib. O, beynəlxalq konfransın keçirilməsində, konfrans çərçivəsində nəşr olunan materialların hazırlanmasında və qəbul edilmiş elmi məqalələrin redaktəsindəki fəaliyyətlərinə görə mükafatlandırılmış əməkdaşlara “Fəxri Fərman” və “Təşəkkürnamə”ləri təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Fakültənin dekanı dosent Elçin Eyvazov konfransda əldə olunan nəticələrdən söz açıb. Konfransda fəal iştirak etmiş əməkdaşlara göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR