A

“Həftənin kitabı” yeni ilin ilk buraxılışını Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC İnklüziv Təhsil İli”nə həsr edərək, “İnklüziv sosial müdafiə” kitabı ilə start verir.

Kitabın müəllifi Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri Rəsmiyyə Abdullayeva, elmi redaktoru professor Nazim Müzəffərli, rəyçiləri professor Rəşad Muradov və dosent Allahyar Muradovdur.

Monoqrafiyada inklüziv sosial müdafiə sisteminin nəzəri əsasları, sosial müdafiə sisteminin dövlət tənzimləməsi istiqamətləri verilib. Kitabda Azərbaycanın sosial müdafiə sisteminin mövcud vəziyyəti qiymətləndirilib, ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətləri göstərilib. Azərbaycanda inklüziv əmək bazarı mövzusu təhlil edilib.

472 səhifəlik “İnklüziv sosial müdafiə” kitabı 2023-ci ildə “APOSTROF-A” MMC-də nəşr edilib. Oxucu-istifadəçilər monoqrafiyanı UNEC KİM-in 24/7 və 2 saylı kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR