UNEC-də Paşa Holdinqin “Əlaçı-3” təqaüd proqramının qaliblərinin TEDx formatında çıxışları təşkil olunub.
Tədbir zamanı tələbələrin müxtəlif mövzulardakı maraqlı və innovativ çıxışları dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, bu il keçirilən “Əlaçı-3” təqaüd proqramına ümumilikdə 2384 nəfər müraciət edib. 4 mərhələdən ibarət olan seçimlər nəticəsində 111 tələbə qalib elan olunub ki, onların 45-i UNEC tələbəsidir. Bu, universitetlər arasında ən yüksək göstəricidir.