Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə müəllim və işçi heyəti üçün “Məişət zorakılığı” mövzusunda təlim-seminar keçirilib.
Təlimdə Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva məişət zorakılığı, onu yaradan səbəblər, zorakılığın yaratdığı fəsadlar, yeniyetmə yaş dövrünün xüsusiyyətləri eləcə də, bu dövrdə baş verən səciyyəvi problemlər, onların aradan qaldırılması yolları haqqında iştirakçılara ətarflı məlumat verib.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.