UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:
Akademik azadlıq: UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.
Akademik etika: UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.
Layiqlilik: UNEC akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.
Şəffaflıq: UNEC fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir.
Mükəmməllik: UNEC üzvləri bütün fəaliyyətində daim daha mükəmməl olanı əldə etməyə çalışır.
Keyfiyyətlilik: UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.
İştirakçılıq: UNEC səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.
Fərqliliklərə hörmət: UNEC bütün maraqlı tərəflərin fərqli fikirlərinə hörmətlə yanaşır.
Cəmiyyət mənafeyini düşünmək: UNEC bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.
Ekoloji həssaslıq: UNEC üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.