A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Qonşuluq Əməkdaşlığı üzrə Proqramın rəhbəri Ülviyyə Abdullayeva, Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov və layihə meneceri Rza Zülfüqarzadə ilə ikitərəfli əməkdaşlığın müzakirəsi istiqamətində görüş keçirib.

Görüş zamanı tərəflər arasında prioritetlər müəyyənləşdirilərək, ali təhsil sahəsində Aİ-nin mövcud alətləri, o cümlədən texniki yardım proqramı, rəqəmsallaşma, ömürboyu təhsil istiqamətləri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Avropa Komissiyasının Horizon proqramı, Erasmus+, ikili diplom proqramları ətrafında müzakirələr olunub.

Görüşdə UNEC-in Avropa universitetləri, həmçinin, Avropa Komissiyasının mövcud proqramlarında aktiv iştirakı vurğulanaraq, əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay