A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib.

Tədbirə başlamazdan öncə dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir universitetin Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov, ATGTİ-nin sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürovun çıxışları ilə davam edib.

Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin tarixi zəfərimizin qazanılmasında  göstərdikləri şücaət və fədakarlıqları haqqında ətraflı məlumat verilib.

Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri - Əhliyət Mehdiyev, Vüqar Məmmədov, Mönsüm İsgəndərov və Cavid Nurullayev çıxış edib, keçdikləri döyüş yolu və 44 günlük Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər.

Vətən müharibəsinin qaziləri ilə keçirilmiş panel iclasdan sonra görüş tədbir iştirakçılarının çoxsaylı sualları ilə davam edib.

TOP XƏBƏRLƏR