A

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə 10.12.2018 və 11.12.2018-ci il tarixlərində i.ü.f.d.Şəhriyar Muxtarov və i.ü.f.d. Elmir Səfərli tərəfindən magistrantların dissertasiya işinin yazılması mövzusunda təlim keçirilmişdir.

Təlimdə hipotezlərin və dəyişkənlərin növləri,  müəyyənləşdirilməsi, tapılması, onların qəbul edilməsi və ya rədd edilməsi, hipotezlərin proqramla tapılması (işsizlik və orta əmək haqqı və s.) mövzusunda təlim keçirilmişdir. 

10.12.2018-ci il tarixində keçirilən təlimdə EViews proqramı, bu proqramdan istifadə qaydaları və faydaları haqqında ətraflı məlumatlar verilmişdir. Təqdimat zamanı WorkFile-in yaradılması, detalların əlavə edilməsi (illik, aylıq, həftəlik, günlük və s.) və müşahidə sayının müəyyən edilməsinin əsas prinsipləri göstərilmişdir. Ümumilikdə ekonometrik analiz haqqında, unit root testləri haqqında geniş məlumat verilmişdir.

11.12.2018-ci il tarixində keçirilən təlimdə isə IBM SPSS Statistics proqramının əsas xüsusiyyətləri – Factor Analysis, Hypothesis Testing, ANOVA, T-test, Reliability Analysis, Regression Analysis, Correlation Analysis ətraflı izah edilmişdir. 

Sonda magistrantlar vurğuladılar ki, keçirilən təlimlər onlara öz dissertasiya işləri ilə bağlı tədqiqatlar apararaq daha geniş biliklərə sahib olmalarında kömək edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay