A

UNEC-də I qrupu üzrə “Kommunikasiya mühəndisliyi” ixtisasına qəbul həyata keçirilir.

“Kommunikasiya sistemləri mühəndisliyi” ixtisası ən müasir və perspektivli informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub..

Bu ixtisas çərçivəsində bakalavrlar mövcud simli və simsiz, o cümlədən sensor, Wi-Fi, WiMax, LiFi, P2P kimi perspektivli qlobal, milli, regional, meqalopolis, korporativ və lokal İT şəbəkələrinin, 2G / 3G / 4G / 5G mobil rabitə şəbəkələrinin, rəqəmsal televiziya, koqnitiv radio, peyk rabitəsi, nəqliyyat və kommutasiya trafik yönləndirmə sistemlərinin quruluşunu və fəaliyyətinin əsas prinsiplərini, həmçinin kompüter modelləşdirməsini, şəbəkə proqramlaşdırmasını, şəbəkələrin aparat və proqram sistemlərinin layihələndirməsini və idarə edilməsini (.Net, Java Proqramlaşdırma, Javascript, HTML5, CSS3, BootStrap kimi platformalarda Web - əlavələrin işlənilməsini), texnologiyaların standartlarını və biznes proseslərini öyrənir, informasiya texnologiyaları, İnternet texnologiyaları (Web xidmətləri, bulud hesablamaları, Internet@Things), xidmət təminatçıları, xidmət operatorları, kibertəhlükəsizlik və mühafizə xidmətləri ilə, o cümlədən Cisco, Ericsson, Oracle, D-link, Samsung, Alcatel və AT@T kimi beynəlxalq şirkətlərin funksiya və imkanları ilə tanış olurlar.

Tələbələr aldıqları biliklər əsasında informasiya rabitə sistemləri və şəbəkələrinin, kommutasiya sistemləri və nəqliyyat şəbəkələrinin aparat – proqram komplekslərinin və proqram təminatlarının layihələndirilməsi, onların vəziyyətinin izlənilməsi, sınaqdan keçirilməsi, diaqnostikası, eyni zamanda istifadəçi terminallarının informasiya təhlükəsizliyi və bütün növ kommunikasiya infrastrukturu üzrə İnternet xidmətlərinin tənzimlənmə funksiyalarını yerinə yetirmə imkanı əldə edəcəkdir.

“Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasını bitirmiş məzunlar dövlət tənzimləmə və idarəetmə orqanlarında, biznes strukturlarında, İT şirkətlərində, telekommunikasiya və İnternet texnologiyaları sahəsində:

  • Kommunikasiya infrastrukturu obyektlərinin planlaşdırılması, layihələndirilməsi və hazırlanması üzrə mühəndis;
  • şəbəkənin kibertəhlükəsizliyi üzrə mühəndis;
  • sistem inzibatçısı;
  • nəqliyyat şəbəkələrində mühəndis;
  • mobil, peyk, radio stansiyaları və kommutasiya mərkəzlərində mühəndis;
  • sabit məlumat-rabitə kommutasiya xidmətləri mühəndisi;
  • aparat və proqram təminatı sistemlərinin autsorsinqi və texniki istismar xidmətinin rəhbəri;
  • məlumat xidmətlərinin mühəndisi

vəzifələrində çalışa bilərlər.

Beynəlxalq səviyyədə rəqabət apara bilən, cəmiyyətin problemlərinin həll yollarını yaradan, ümumbəşəri dəyərlər nəzərə alınmaqla peşə etikasını mənimsəyən, bu sahələrdə milli və beynəlxalq ictimaiyyət üçün zəruri olan məlumat və texnologiyaları istehsal edən və yayan mühəndislər sırasında özünü görmək istəyərlər, UNEC-in Kommunikasiya sistemləri mühəndisliyi ixtisasını seçə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay