A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərilməsi məqsədilə yaradılmış "UNEC Abituriyent Məsləhət Mərkəzi" 16 avqust tarixindən etibarən fəaliyyətə başlayıb.

4 gün ərzində 100-dən çox abituriyent: 28 nəfər I ixtisas qrupu, 36 nəfər II ixtisas qrupu, 14 nəfər III ixtisas qrupu, 11 nəfər IV ixtisas qrupu, 15 nəfər V ixtisas qrupu üzrə ixtisas seçiminə məsləhət almaq üçün müraciət edib. Bundan başqa, onlayn müraciət sayı 246 nəfər olub.

Mərkəz 26 avqust tarixinədək  həftə içi 5 gün UNEC-in III tədris binasında ( Murtuza Muxtarov küçəsi 194) saat 10:00-dan 17:00-a qədər abituriyentlər üçün fəaliyyətinə davam edəcəkdir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay