A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə İdrak və Atatürk liseylərinin yuxarı sinif şagirdləri üçün Açıq qapı günü keçirilib.

Açıq qapı günündə məktəblilər UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə abidə kompleksini ziyarət ediblər, 24/7 kitabxana, Ekstern mərkəzi, Bloomberg laboratoriyası ilə tanış olublar. İnfoturdan sonra şagirdlərə UNEC-dəki ixtisaslar, beynəlxalq proqramlar, UDİD, minor, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə məlumat verilib.

Sonda şagirdlərə UNEC-in promo məhsulları hədiyyə olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay