A

UNEC-də təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət "UNEC Abituriyent Məsləhət Mərkəzi" yaradılıb.

Abituriyentlər "Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, UNEC-də kadr hazırlığı keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün “UNEC Abituriyent Məsləhət Mərkəzi"-nə müraciət edə bilərlər.

Bildiyiniz kimi, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

QEYD 1: Mərkəz həftə içi 5 gün UNEC-in III tədris binasında saat 10:00-dan 17:00-a qədər abituriyentlər üçün fəaliyyət göstərəcəkdir.

QEYD 2: Mərkəzlər ödənişsiz əsaslarla fəaliyyət göstərirlər.

Əlaqə vəsitələri: @unecthik @uneceduaz

Əlaqə nömrələri:

051-201-69-65 Günay xanım

050-636-34-94 Səbuhi bəy

055-615-88-53 Jalə xanım

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay