UNEC tələbə və məzunlarla yanaşı, karyerasına yeni istiqamət vermək istəyən hər kəs üçün açıq qapı formatında ənənəvi XVII Karyera Yarmarkası təşkil edir.
Yarmarkada iştirakçılar Azərbaycanın aparıcı müəssisə və təşkilatlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq, eləcə də CV-lərini təqdim edərək işə qəbul prosesinə ilk addımı atmaq imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində iştirakçılar:
▪️ Şirkət nümayəndələri ilə tanış olacaq,
▪️ Mövcud iş və təcrübə imkanları haqqında məlumat əldə edəcək,
▪️ Yerində müraciət edərək ilkin seçim mərhələsində iştirak edəcək,
▪️ Peşəkar istiqamətləndirmə və şəbəkələşmə imkanlarından yararlanacaqlar.
📅 Tarix: 13 may 2026, saat 10:00
📍 Məkan: UNEC əsas tədris binası (İstiqlaliyyət 6)
💥 Karyerasını uğurla başlamaq və ya yeni fürsətlər qazanmaq istəyən hər kəs üçün bu yarmarka əvəzsiz imkandır — sən də qoşul!
📞 Ətraflı məlumat üçün: 012 492 59 03 (daxili 1132)