UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) Tələbə Klubunun sədri “Azərbaycan dili” kafedrasının baş müəllimi Samirə Əhmədovanın təşkilatçılılğı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar olaraq tələbələr arasında “Gələcəyin Bakısı” mövzusunda təqdimat müsabiqəsi keçirilib.
Tədbirin məqsədi tələbələrin şəhərsalma, urban inkişaf və gələcək vizyonları ilə bağlı kreativ düşüncələrinin üzə çıxarılması, onların innovativ ideyalarının dəstəklənməsidir.
Müsabiqə zamanı UNEC-in Biznes və menecment, Rəqəmsal İqtisadiyyat və UNEC Biznes Məktəbinin tələbələri Bakı şəhərinin gələcək inkişafı ilə bağlı fərqli və yaradıcı yanaşmalarını təqdimat formatında nümayiş etdirib. İştirakçılar şəhərin ekoloji dayanıqlılığı, müasir infrastrukturu, smart texnologiyaların tətbiqi, sosial məkanların inkişafı və ümumi urban mühitin təkmilləşdirilməsi kimi istiqamətlər üzrə öz baxışlarını əsaslandırılmış şəkildə təqdim ediblər.
Təqdimatlar münsiflər heyəti dos.Gülnarə Rzayeva, Samirə Əhmədova, dosentlər Günal Səfərli, Mətanət Əmrahova, Aybəniz Hüseynova tərəfindən məzmunun aktuallığı, kreativ yanaşma, təqdimat bacarığı və ideyaların tətbiq imkanları meyarları üzrə qiymətləndirilib.
Nəticələrə əsasən, I yeri Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri Ümüd Ağayev və İsmayıl İsmayılov, II yeri Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri Məhəmməd Əliyev, Şəbnəm Orucova və Beynəlxalq Biznes Məktəbinin tələbəsi Fariz Əbdüləzimov, III yeri isə Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri Eldin Salayev, Arzum Əkbərli və Biznes və menecment fakültəsinin tələbəsi Əziz Əsgərzadə qazanıblar.
Sonda qalib tələbələrə sertifikatlar təqdim olunub.