UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azercell tərəfindən “Company Presentation and Workshop on Mastering Interview Skills” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi tələbə və məzunları şirkətin fəaliyyəti, telekommunikasiya sektorunda karyera və təcrübə imkanları, eləcə də gənclərlə əməkdaşlıq proqramları barədə məlumatlandırmaq və müsahibədə uğur qazanmağın effektiv üsullarını paylaşmaq olub.
Sessiya çərçivəsində Azercell nümayəndələri Günel Məcidova və Fədayə Yaqnaliyeva iştirakçılara şirkətdə mövcud iş və təcrübə imkanları, həmçinin uğurlu müsahibə strategiyaları barədə ətraflı məlumat veriblər. İştirakçılar şirkətin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri ilə yaxından tanış olub, şəbəkələşmə və karyera inkişafı üzrə faydalı tövsiyələr əldə ediblər.
Tədbir interaktiv müzakirə və sual-cavab sessiyası ilə davam edib, iştirakçıların ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.