Creative spark layihəsi çərçivəsində Britaniya Şurası (British Council) tərəfindən tələbələr üçün ödənişsiz onlayn ingilis dili kursları təklif olunur.
UNEC-in tələbələri Creative spark layihəsi çərçivəsində Britaniya Şurası (British Council) tərəfindən ödənişsiz onlayn ingilis dili kurslarından yararlanmaq şansı əldə edə bilər. Kursda iştirak etmək istəyən tələbənin səviyyəsi onlayn imtahan vasitəsi ilə müəyyən olunacaq.
Onlayn kursda iştirak edən hər bir tələbə kurs çərçivəsində iki səviyyə tamamlaya bilər. Kursu uğurla bitirən tələbələr sertifikat əldə edəcək.
Kursda iştirak etmək istəyən tələbələr ad, soyad, e-mail, kurs və fakültə/ixtisaslar barədə məlumatları Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-ünvanına göndərmələri xahiş olunur.
Qeydiyyat üçün son tarix: 5 noyabr