A

Bu gün, 2 fevral Azərbaycan Gəncləri günüdür. Gənclik, yalnız zamanın bir dövrü deyil, həm də həyatın özünü kəşf etmə, inkişaf etmə və gələcək uğurların əsaslarını qoymaq üçün ən gözəl fürsətidir. Gənclərə həyat yolunda özlərini daha yaxşı anlamaq, şəxsi inkişaflarını artırmaq və müvəffəqiyyətə çatmaq üçün lazımlı alətləri təmin etmək çox önəmlidir. Bu məqsədlə UNEC KİM-in 24/7 kitabxanasının fondunda seçilmiş 10 kitabı təqdim edirik.

  1. Riçard Karlson - "XIRDA ŞEYLƏRİ DƏRD ETMƏYİN"

Gündəlik həyatda qarşılaşdığımız kiçik problemlər bəzən böyük təsir yarada bilər. Dr. R. Karlson bu kitabında xırda məsələlərin həyatımıza necə təsir etdiyini izah edir və onlardan narahat olmağın qarşısını almanın yollarını göstərir. Həyatın sadəliyini qəbul edərək, daha məhsuldar və stressiz yaşamaq istəyən hər bir gənc bu kitabı mütaliə etməlidir.

  1. Brayan Treysi - "BƏHANƏLƏRƏ YOX! DAXİLİ İNTİZAMIN GÜCÜ"

Məşhur müəllifin bu kitabı uğursuzluğun və hərəkətsizliyin əsas səbəblərindən birinin məhz bəhanələr olduğunu vurğulayır. Kitabda gənclərin özünü və hədəflərini uğurla gerçəkləşdirmək üçün ən çox rastlanan bəhanələri aşmağın yolları göstərilir. Hər kəsin həyatında bəhanələrə yeri yoxdur, xüsusən də gənclər üçün. Onlar özləri üçün möhkəm təməl qurmağa başlamaqla, bütün müsbət dəyişiklikləri həyata keçirə bilərlər.

  1. Brayan Treysi - "MƏQSƏDLƏR"

Uğur qazanmağın ən vacib addımlarından biri məqsəd qoymaqdır. B.Treysinin daha bir kitabını təqdim edirik ki, burada düzgün məqsəd qoyma və bu hədəflərə necə çatmaq barədə ətraflı məlumat verilir. Hər gəncin öz niyyətlərinə necə çatacağını və qarşısına çıxan maneələri necə dəf edəcəyini öyrənməsinə bu kitabda geniş yer verilir. Məqsəd qoymağın və onlara doğru hərəkət etməyin gücü burada çox aydın şəkildə göstərilir.

  1. Brayan Treysi - "MAKSIMUM NAİLİYYƏT"

İnsanların ən yüksək potensialına çatmalarının ən vacib yolu, maksimum nailiyyətə fokslanmaqdır. Treysinin bu kitabı da uğur qazanmaq istəyən hər bir gənc üçün ilhamverici bir mənbədir. Gənclər şəxsi inkişaf, motivasiya və məqsədli çalışmanın necə nəticələr gətirdiyini buradan öyrənə bilərlər.

  1. Jeffrey J. Foks - "NECƏ GÜCLÜ RƏQİB OLMAQ OLAR"

Bu kitab güclü bir rəqib olmağın sirrlərini açıqlayır. Gənclər yeni başladığları biznesdə və həyatın digər sahələrində qarşılarına çıxan rəqiblərindən necə üstünlük qazanmaq üsullarını bu kitab vasitəsilə öyrənə bilərlər. Müəllif güclü bir rəqib olmanın sadəcə fiziki və ya intellektual deyil, həm də psixoloji yanaşma ilə mümkün olduğunu izah edir. Bu, gənclərin karyera və həyatlarında irəliləyiş üçün önəmli bir dərsdir.

  1. Deyl Karnegi - "RƏQƏMSAL ERADA DOST QAZANMA"

Kitab rəqəmsal dünyada effektiv əlaqələr qurmaq və insanların inamını qazanmaqla bağlı bir bələdçidir. Gənclərin sosial media və rəqəmsal platformalarda dostluq əlaqələri qurma qabiliyyətlərini inkişaf etdirmələri üçün çox əhəmiyyətlidir. D.Karnegi insanlarla doğru şəkildə ünsiyyət qurmağın yollarını göstərir və bunun sosial və peşəkar həyatda uğur gətirəcəyini vurğulayır.

  1. Şeril Sendberq - "FƏALLIQDAN QORXMA"

Müəllif bu kitabında gənc qızların güclü liderlər olmalarını təşviq edir və onları qorxusuz hərəkət etməyə çağırır. Həyatın hər sahəsində fəal olmaq və hər vəziyyətdə təşəbbüskarlıq göstərmək üçün nə etməli olduğumuzu göstərir. Gənclər, öz qərarlarını verməkdən qorxmamalıdırlar, çünki yalnız bu şəkildə irəliləyə bilərlər.

  1. Mümin Sekman - "FƏRDİ ƏTALƏTLƏ MÜBARİZƏ"

M.Sekman çağdaş yazıçı-motivatorlar üçərisində ən çox mütaliə edilənlər sırasındadır. Əksər gənclər təhsildə, karyera başlanğıclarında çətinliklərlə qarşılaşdıqda tez bir zamanda bezmək və motivasiyalarını itirmək qorxusu ilə rastlaşa bilərlər. Müəllif bu kitabında gənclərin özlərini motivasiya etmələrinə və bu kimi hallar barədə dəyərli məsləhətlər verir.

  1. Dipak Çopra - "UĞURUN YEDDİ MƏNƏVİ QANUNU"

D.Çopranın kitabı uğuru yalnız maddi tərəfdən deyil, həm də mənəvi tərəfdən necə əldə etmək barədə tövsiyələr verir. Müəllif gənclərə uğurun yalnız işgüzar bacarıqlarla deyil, həm də ruh halı və mənəvi inkişafla əldə edildiyini göstərir. Bu kitab gənclərə daha balanslı və mənalı bir həyat sürməyə istiqamət verir.

  1. Cəfər Mənsimi – “UĞUR KİTABI 111 DİLDƏ”

Bu kitab, uğurun universal qanunları və prinsipləri haqqında müxtəlif dillərdə yazılmışdır. 111 dildə təqdim olunan təcrübələr və tövsiyələr hər bir gəncin dünyagörüşünü genişləndirməyə və həyatına daha çox müsbət dəyişikliklər gətirməyə kömək edir.

Əminliklə deyə bilərik ki, məhz bu qəbildən olan kitabların mütaliəsi tələbə və gənclərə öz məqsədlərinə çatmaqda kömək edə bilər, karyeralarında daha doğru istiqaməti tapmış olarlar.

Arzu Məmmədova
UNEC KİM-in 24/7 kitabxanasının müdiri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay