25-26 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yaşıl Qarabağ” mövzusunda hakaton keçiriləcək.
Tədbir iştirakçıları ekoloji və innovativ həllər üzərində işləyəcək, real problemlərə praktiki yanaşmalar hazırlayacaq və layihələrini münsiflər heyətinə təqdim edəcəklər.
Hakatonun proqramı:
- 1-ci gün – 25 dekabr: İş sessiyası, UNEC
- 2-ci gün – 26 dekabr: Təqdimat günü, Azərbaycan İnnovasiya Mərkəzi (AİM)
İştirakçılar iki gün ərzində komanda işi və innovasiya dolu bir mühitdə təcrübə qazanacaq, ekoloji həllər üzərində işləyəcək və layihələrini reallaşdırmaq imkanını əldə edəcəklər.
1-ci yer 4000, 2-ci yer 2500, 3-cü yer isə 1000 AZN ilə mükafatlandırılacaq.
Qeydiyyat üçün son tarix 18 dekabr, saat 00:00-dır.