UNEC tələbələrinin şəxsi və peşəkar inkişafını dəstəkləyən növbəti genişmiqyaslı təşəbbüsə imza atır.
15–19 dekabr tarixlərində keçiriləcək Karyera Həftəsi tələbələrə real əmək bazarının tələbləri ilə tanış olmaq, peşəkar mütəxəssislərlə ünsiyyət qurmaq və gələcək karyeralarını strateji şəkildə planlaşdırmaq imkanı yaradacaq.
Beş gün davam edəcək proqram tələbələrə həm şəxsi inkişaf, həm də iş həyatına hazırlıq mövzularında əhatəli təlim proqramı təqdim edir. Karyera Həftəsi çərçivəsində iştirakçılar aşağıdakı mövzularda praktiki bilik və bacarıqlar qazanacaqlar:
- Şəxsi karyera planlaması və hədəf müəyyənləşdirmə
- Effektiv ünsiyyət və peşəkar davranış
- Tələbə → Peşəkar yol xəritəsi və ilk işə qəbul strategiyası
- Komanda işi, liderlik və konfliktlərin idarə edilməsi
- Zamanın idarə edilməsi
Tələbələr sessiyalar zamanı düzgün karyera qurulması, işə qəbul prosesi, müsahibə strategiyaları, iş mühitində davranış qaydaları və kommunikasiya bacarıqları ilə bağlı suallarını birbaşa sahənin peşəkarlarına ünvanlamaq imkanı əldə edəcəklər.
Karyera Həftəsi UNEC Karyera Mərkəzi, “Karyera Planlaşdırılması və İnkişafı” kafedrası və “Karyera və İnkişaf” təşkilatının birgə təşəbbüsü ilə təşkil olunur.
Karyera yolunda bir addım öndə olmaq istəyirsənsə, bu təlimləri qaçırma!