A

UNEC-in İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi, UNEC İnnovativ Gənclər Təşkilatı və UNEC Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “UNEC Gənclər Həftəsi” çərçivəsində tələbələr üçün intellektual VR (Virtual reallıq) oyunu təşkil edilib.

Layihənin əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili, onların analitik düşünmə, sürətli qərarvermə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda innovativ texnologiyalarla tanışlığının artırılması olub.

VR oyunu zamanı iştirakçılar virtual mühitdə müxtəlif intellektual tapşırıqları yerinə yetirərək yarış formatında mübarizə aparıblar. İnteraktiv və dinamik atmosfer tələbələrin marağına səbəb olub.

Qeyd edək ki, “UNEC Gənclər Həftəsi” çərçivəsində tələbələrin inkişafına və sosial aktivliyinə töhfə verən müxtəlif maarifləndirici və əyləncəli layihələrin keçirilməsi davam edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay