Ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən Bafco İnvest MMC gənc və perspektivli kadrlar üçün Təchizat və satınalma üzrə mütəxəssis vəzifəsi üzrə ödənişli təcrübə proqramı elan edir.

Vəzifə öhdəlikləri:

  • Təchizat və satınalma proseslərində iştirak
  • Yerli və xarici tədarükçülərlə yazışmaların və danışıqların aparılması
  • Sifarişlərin hazırlanması, idarə edilməsi və izlənməsi
  • Bazar araşdırması və qiymət təhlillərinin aparılması
  • Şirkət daxilində əlaqəli şöbələrlə koordinasiya

Tələblər:

  • Təchizat və satınalma sahəsinə maraq
  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazı və danışıq
  • Analitik düşünmə, ünsiyyət bacarığı və məsuliyyətlilik
  • Yeni bilikləri öyrənməyə açıq olmaq
  • MS Office proqramları üzrə biliklər

İş rejimi:

  • İş saatları: 09:00–18:00
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş yeri: Bakı şəhəri

Əməkhaqqı və təcrübə:

  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır
  • Təcrübə: Təcrübə müddəti ödənişlidir
  • Təcrübəni uğurla tamamlayan namizəd daimi işlə təmin olunacaq

Təklif etdiklərimiz:

  • Praktiki şəkildə mütəxəssis kimi yetişdirilmə imkanı
  • Peşəkar mühitdə real iş təcrübəsi
  • Komanda ilə işləmə və inkişaf perspektivi
  • Uğurlu namizədə daimi və stabil iş imkanı
  • Əməkhaqqı + bonus

Maraqlanan tələbə və məzunlar CV-lərinizi 12 yanvar tarixinədək “Təchizat və satınalma üzrə mütəxəssis” mövzu başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərsiniz.

TOP XƏBƏRLƏR