A

UNEC-in İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi, UNEC İnnovativ Gənclər Təşkilatı və UNEC Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə “UNEC Gənclər Həftəsi” çərçivəsində tələbələr üçün “Kinozal” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində tələbələrə “Five Nights at Freddy’s 2” filmi nümayiş etdirilib. Nümayiş zamanı iştirakçılara içki və popkorn təqdim olunaraq onlar üçün rahat və əyləncəli kino mühiti yaradılıb.

Sonda tələbələr üçün təşkil olunmuş əyləncəli proqramda çarx oyunu oynanılıb və qaliblər müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, “UNEC Gənclər Həftəsi” çərçivəsində tələbələrin asudə vaxtının səmərəli təşkili və sosial aktivliyinin artırılması məqsədilə müxtəlif layihələrin keçirilməsi nəzərdə tutulub və tədbirlər fevralın 7-dək davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay