A

UNEC-də Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri Ph.D. Sənnur Əliyevin moderatorluğu ilə “Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ətrafında Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, Fransanın Cənubi Brotan Universitetinin doktorantı Samir Orucov çıxış edəcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

22 noyabr 2021-ci il tarixində saat 16.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/98418309668 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay